2023-cü il seçkilərində tariximizin ən böyük qələbəsini qazanmağımıza heç kim mane ola bilməz.
AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NEF Stadionunda keçirilən “İstanbulun vədi: Birlik, İradə, Zəfər Proqramı”nda çıxışında deyib.
“Maliyyədən terrora qədər bütün vasitələrdən istifadə edərək xalqımızı boğmağa çalışan qlobal baronlara, imperialist quldur dəstələrinə imkan verməcəyik. Evdən, küçədən, seçki qutusundan və məhəllədən möhkəm yapışsaq, 2023-cü il seçkilərində tariximizin ən böyük zəfərini qazanmağımıza heç kim mane ola bilməz”, – Ərdoğan bildirib.