Ərdoğanı qarşıdakı 10 il ərzində iqtidarda saxlasalar, vəziyyət xoş olmayan sürprizlər gətirə bilər. Bu səbəbdən əgər Ərdoğan rejimi qalarsa, seçkilərdən dərhal sonra vurulmalıdır ( Türkiyəyə qarşı müharibə nəzərdə tutulur – red).
AzerTimes xəbər verir ki, bu sözləri Türkiyəyə qarşı qatı mövqeyi ilə tanınan Yunanıstanın “Bluesky” televiziyasının aparıcısı İoannis Teodoratos deyib.
“Üç fərqli tərsanədəki gəmilər 36 ay sonra eyni vaxtda təhvil veriləcək. Türkiyə sahib olduqlarından geri addım atmır. Planlaşdırmalarının məntiqli olub-olmadığına siz qərar verin. Qonşular Şərqi Aralığa hakim olmaq istəyir. Bu mesaj sadəcə bizim üçün deyil, İsrail və Misir üçün də verilir. Biz gerçəkliyin dilini danışırıq, nə empatiyamız, nə də başqa bir şeyimiz var”, – o bildirib.