Ərdoğan Putinlə şam yeməyindən imtina edib – KİV

Ərdoğan Putinlə şam yeməyindən imtina edib – KİV

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidəki danışıqlardan sonra Rusiya Prezidenti Vladimir Putinlə planlaşdırılan mətbuat konfransından imtina edib.

AzerTimes xəbər verir ki, bu barədə “Kommersant” nəşri yazıb.

Nəşrin məlumatına görə, Ərdoğan Putinlə fotosessiyaları da minimuma endirib. Yalnız bir fotoqraf bir neçə foto çəkib.

“Türkiyə lideri 4 saatlıq danışıqlardan ölkəsinə qayıdıb. Ərdoğan hətta şam yeməyinə də qalmayıb, 4 saatlıq görüş zamanı isə yalnız çay və qəhvə içib”, – nəşr bildirib.

Teqlər: