Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Rusiyalı həmkarı Vladimir Putin ilə Soçidə keçirilən görüşünü məhsuldar adlandırıb.
AzerTimes-ın məlumatına görə, T.Ərdoğan bu barədə özünün “Twitter” səhifəsində yazıb.
Türkiyə Prezidenti bildirib: “Həmkarım V.Putinlə məhsuldar görüşdən sonra Soçidən ayrıldıq”.
Vladimir Putin, öz növbəsində Türkiyəli həmkarına səfərə görə təşəkkür edib və danışıqların nəticələrini yüksək qiymətləndirib.