Ərdoğan Putinlə danışmaq niyyətindədir

Ərdoğan Putinlə danışmaq niyyətindədir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Balidə keçirilən G20 sammitindən qayıtdıqdan sonra rusiyalı həmkarı Vladimir Putinlə bir sıra məsələləri müzakirə etməyi planlaşdırır.

AzerTimes xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Ərdoğan taxıl müqaviləsini bir il uzatmağa ümid edir və buna inandığını bildirib.

“Mən bu işi davam etdirməyi səbirsizliklə gözləyirəm. Danışıqlarımız davam edir və inanıram ki, davam edəcək, heç bir problem yoxdur”, – Ərdoğan əlavə edib.

Qeyd edək ki, Ərdoğanın Putin ilə müzakirə edəcəyi dəqiq mövzular hələlik məlum deyil.

Teqlər: