Ərdoğan Putinlə danışmağı planlaşdırır

Ərdoğan Putinlə danışmağı planlaşdırır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə telefon danışığı aparmağı planlaşdırır.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın məlumat verib.

“Prezident Ərdoğan Akkuyu AES-ə nüvə yanacağının verilməsi mərasimindən əvvəl Prezident Putinlə telefon danışığı aparacaq”, – Kalın bildirib.

Qeyd edək ki, Akkuyu AES-də mərasimin 27 apreldə keçirilməsi nəzərdə tutulur.

Teqlər: