Ərdoğan: Putinlə bu məsələdə qərarlıyıq!

Ərdoğan: Putinlə bu məsələdə qərarlıyıq!

Rusiya lideri Vladimir Putinlə birlikdə ehtiyacı olan ölkələri ərzaqla təmin etməkdə qərarlıyıq.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Cənab Putinlə bu məsələni yenidən müzakirə etdik, o da qərarlıdır. Ərzaqların 44-46 faizi hara gedir? Avropaya… Cənab Putin mənə deyir: “Taxılları pulsuz verəcəm. Siz isə onu yoxsul Afrika ölkələrinə tədarük edərsiniz: Biz bu məhsulları taxıl dəhlizi ilə yoxsul Afrika ölkələrinə göndərməkdə qərarlıyıq”, – Ərdoğan vurğulayıb.

Teqlər: