Türkiyə “Akkuyu” AES-in inşası ilə bağlı vəziyyəti izləyir. Türkiyə və Rusiya liderləri növbəti danışıqlarda bunu müzakirə etmək niyyətindədirlər.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz bildirib.
“Türkiyənin bu meqalayihəsinin həyata keçirilməsində uğursuzluğa yol verə bilmərik. Prezident Ərdoğan Soçidən qayıdarkən Mersinə səfər edəcəyini, işlərin gedişini yoxlayacağını və Rusiya lideri ilə vəziyyəti müzakirə edəcəyini bildirib. Biz vəziyyəti həll etməyə və qrafikə əməl etməyə çalışırıq”, – nazir bildirib.