Ərdoğan Putinin istəyini qəbul etdi: nə dəyişəcək?

Ərdoğan Putinin istəyini qəbul etdi: nə dəyişəcək?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putinin Soçidə baş tutan görüşündə rus qazının ödənişinin rublla edilməsi barədə razılıq əldə olunub.

AzerTimes xəbər verir ki, mövzu haqda danışan iqtisadçı Natiq Cəfərli məsələnin heç də təqdim edilən kimi olmadığını bildirib.

Onun sözlərinə görə, bununla bağlı Rusiyanın Baş naziri müavini Aleksandr Novak da açıqlamasında rus qazının ödənişinin “qismən rublla” edilməsinin razılaşdırıldığını deyib:

“Qazın yalnız kiçik bir hissəsi rublla alınacaq və bu da “ikili hesab” prinsipi ilə olacaq – iki hesab açılacaq, valyuta ilə pul ilk hesaba daxil olacaq, sonra həmin vəsait bankın özü tərəfindən əməliyyat gününə olan məzənnə ilə rubla konvertasiya olunub “Qazprom”a köçürüləcək”.

Teqlər: