Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna liderləri Vladimir Putin və Vladimir Zelenskinin apreldə İstanbulda görüşünü təşkil etmək istəyir.
AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti yanında təhlükəsizlik və xarici siyasət şurasının üzvü Çağrı Ərhan deyib.
“Hazırda Türkiyənin yeganə missiyası prezidentlər Putin və Zelenskinin ən azı bir dəfə görüşməsi və xarici müdaxilə olmadan birbaşa danışması üçün şərait yaratmaqdır”, – o bildirib.
Ərhan qeyd edib ki, yalnız bu formatda münaqişə tərəfləri sülh yolu ilə nizamlanma üçün kompromis həll yoluna gələ biləcəklər.