Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı və ukraynalı həmkarları ilə taxıl dəhlizini müzakirə edəcək.
AzerTimes xəbər verir ki, bu barədə türk lider NATO-nun Madrid sammitindən sonra jurnalistlərə açıqlamasında deyib.
“Bu həftə sonu, yaxud növbəti həftənin əvvəlində Putin və Zelenski ilə taxıl koridorunu müzakirə edəcəyəm”, – deyə Ərdoğan bildirib.