İran, Rusiya və Türkiyə liderlərinin Tehranda baş tutacaq görüşü ABŞ başda olmaqla, bütün Qərb ölkələrini titrədəcək və şoka salacaq.
AzerTimes xəbər verir ki, bu sözləri iranlı ekspert Həmid Şəhriyari deyib.
“Rəisi, Ərdoğan və Putin arasında görüşlər Amerikanın militarist siyasətini şoka salacaq və titrədəcək. Bu toplantı Vaşinqtonun qəzəbinə səbəb olacaq, lakin bu kimi toplantıların olması üçün hər şeyi etməliyik. Qərbin mənafeyi münaqişələri alovlandırmaqla əlaqəlidir. Qərb ölkələri Bəsrə körfəzi, Yaxın Şərq və dünyanın bir çox yerlərində gərginlik istəyir. Dünyada sadəcə sabitlik olsa, ABŞ bu ölkələrə gələ bilməz”, – deyə Şəhriyari bildirib.
Qeyd edək ki, iyulun 19-da Rusiya, Türkiyə və İran prezidentlərinin Tehranda görüşü baş tutacaq.