Ərdoğan Pezeşkianla bu məsələni müzakirə etdi – Təfərrüat

Ərdoğan Pezeşkianla bu məsələni müzakirə etdi – Təfərrüat

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İran Prezidenti Məsud Pezeşkian arasında dünən baş tutan görüşün təfərrüatı məlum olub.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, görüş zamanı Ərdoğan Pezeşkiana regional təhlükəsizliyi təhdid edən İsrail təcavüzünə qarşı sülhə xidmət edəcək addımların atılmasının vacib olduğunu deyib:

“Beynəlxalq ictimaiyyət İsrailin Fələstin və Livan ərazilərində həyata keçirdiyi zorakılığa mümkün qədər tez son qoymaq üçün beynəlxalq hüquq, diplomatiya və insan haqları əsasında səsini ucaltmalıdır. Türkiyə Fələstin torpaqlarında dinc sakinlərə humanitar yardım göstərmək üçün səylərini artırır. Bu, xüsusilə İsrail tərəfindən qırğınların baş verdiyi Qəzza zolağında edilir”.

Türkiyə ilə İran arasında tarixi və mədəni əlaqələrə toxunan Ərdoğan ikitərəfli münasibətlərin bütün sahələrdə inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Teqlər: