Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan ötən gecə vəfat edən Pele haqqında paylaşım edib.
AzerTimes xəbər verir ki, Tvitter səhifəsində paylaşım edən Ərdoğan futbol kralının ölümündən təəssüfləndiyini bildirib:
“Dünya futbolunun ən büyük adlarından biri olan Pelenin ölümü məni təəssüfləndirdi. Əfsanəsi olduğu Braziliya xalqının böyük dərdinə ürəkdən şərik olur, ailəsinə, azarkeşlərinə və bütün idman dünyasına başsağlığı diləyirik”.