Can Azərbaycanın Vətən müharibəsində qələbəsindən sonra regionda sülhün bərqərar olacağına ümid yarandı.
AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı deyib.
Ərdoğan qeyd edib ki, yaranmış yeni vəziyyətin regionda davamlı sülhə şərait yaratması üçün Türkiyə üzərinə düşəni edir:
“Biz Ermənistanla münasibətlərimizi yeni səviyyəyə qaldırmaq iradəmizi nümayiş etdirmişik. Ermənistan ona verilən sülh fürsətini yaxşı dəyərləndirməlidir. Ola bilsin ki, Praqa sammitində Paşinyanla görüş olsun”.