Ərdoğan Orbanla ABŞ-da görüşdü

Ərdoğan Orbanla ABŞ-da görüşdü

Vaşinqtonda keçirilən NATO sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstanın Baş naziri Viktor Orbanla görüşüb.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, liderlər ölkələr arasında ikitərəfli münasibətləri, Türkiyənin AB-yə daxil olma imkanlarını, həmçinin regional və qlobal problemləri müzakirə ediblər.

Görüş zamanı Prezident Ərdoğan bildirib ki, Türkiyə tərəfi Rusiya-Ukrayna müharibəsinə və İsrailin Qəzza zolağına hücumlarına son qoymaq üçün sülh səylərini davam etdirir.

Türkiyə lideri onu da qeyd edib ki, Ankara Macarıstanın sədrliyi dövründə Türkiyənin AB-yə daxil olması prosesinin intensivləşdirilməsinə və AB ilə əlaqələrin inkişafına dəstək ümid edir.

Teqlər: