Ərdoğan onu məhkəməyə verdi: 250 minlik iddia…

Ərdoğan onu məhkəməyə verdi: 250 minlik iddia…

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) İzmir üzrə millət vəkili Tuncay Özkanı məhkəməyə verib.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə prezidentinin vəkili Hüseyn Aydın məlumat verib.

“CHP millət vəkili Tuncay Özkanın prezidentimizə qarşı əsassız və vulqar ifadələri ilə bağlı 250 min türk lirəsi (təxminən 7,3 min dollar) mənəvi ziyana görə təzminat iddiası qaldırılıb”, – vəkil vurğulayıb.

Qeyd edək ki, daha öncə CHP vəkili X hesabında prezident və yerli hakimiyyət nümayəndələrinin ünvanına təhqirlər yazıb.

Teqlər: