Ərdoğan Nigeriya sahillərində qaçırılan gəminin kapitanı ilə telefonla danışıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücuma məruz qalan Liberiya bayrağı altında üzən Türkiyə şirkətinə məxsus “Motsart” adlı gəminin kapitanlarından Furkan Yarenlə telefonda danışıb.

AzerTimes-ın məlumatına görə, hadisə ilə bağlı bütün prosesləri yaxından izləyən Türkiyə Prezidenti Qabonda lövbər salan gəmidən xilas ola bilən üç nəfərin sağlamlıq durumu haqqında məlumat alıb və sağalmaları ilə bağlı istəklərini çatdırıb, dəniz quldurları tərəfindən girov götürülən heyət üzvlərinin xilas olunması üçün səylərin davam etdiyini bildirib.


Xatırladaq ki, yanvarın 23-də Nigeriya sahillərində dəniz quldurları Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən “Motsart” adlı gəmiyə hücum edib. Gəminin 19 heyət üzvündən 15-i girov götürülüb, hücum nəticəsində Fərman İsmayılov adlı azərbaycanlı mühəndis həlak olub.

Teqlər: