Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail Baş naziri Binyamin Netanyahunu Nyu Yorkdakı Türk Evində qəbul edib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyasının kommunikasiya idarəsi məlumat yayıb.
Bildirilib ki, beynəlxalq və regional məsələlərin müzakirə edildiyi görüşdə iki ölkə arasında siyasi və iqtisadi əlaqələr və İsrail-Fələstin münaqişəsi ilə bağlı son hadisələr ətrafında fikir mübadiləsi aparılıb.