Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvana yola düşüb.
AzerTimes xəbər verir ki, dövlət başçısını hava limanından rəsmi şəxslər yola salıblar.
Səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə həyata keçirilir.
Məlumata görə, dövlət başçıları İğdır-Naxçıvan Təbii Qaz Kəmərinin təməlqoyma mərasimində iştirak edəcək və modernləşdirilmiş Naxçıvan Hərbi Kompleksinin açılışını edəcəklər.
Bundan başqa, Azərbaycan və Türkiyə liderləri Qarabağda lokal antiterror tədbirlərindən sonra erməni separatçılarının tərksilah prosesini və Zəngəzur dəhlizinin açılması məsələsini müzakirə edəcəklər.
Dövlət başçılarının, həmçinin digər regional və ikitərəfli məsələlər barədə fikir mübadiləsi aparacaqları gözlənilir.