Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçki ilə bağlı müraciət edib.
AzerTimes xəbər verir ki, Türkiyə lideri bu barədə X hesabında paylaşım edib.
“Əziz yol yoldaşlarım. Bildiyiniz kimi, artıq bütün ölkə üzrə səsvermə başa çatıb. İndi seçki qutularını və səsləri qorumaq vaxtıdır. Son səslər hesablanana və nəticələr dəqiqləşənə qədər bütün bacı-qardaşlarımdan xahiş edirəm ki, onlara ayrılan qutuların başında dayansınlar və millətin iradəsini sona qədər dəstəkləsinlər” – Ərdoğan yazıb.