Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistan Prezidenti Şövkət Mirziyayev ilə görüşüb.
AzerTimes xəbər verir ki, bu barədə TRT məlumat yayıb.
Məlumata görə, görüş zamanı Özbəkistan və Türkiyə arasında ikitərəfli əməkdaşlığın inkişafı istiqamətində atılacaq addımlar, aktual regional və qlobal problemlər, İsrailin Qəzzaya hücumlarının məqamı və mülki şəxslərə humanitar yardımların çatdırılması istiqamətində görülən işlər müzakirə edilib.