Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın “Mir” ödəniş sistemini müzakirə etmək üçün yüksək səviyyəli görüş keçirməyi planlaşdırır.
AzerTimes xəbər verir ki, bu barədə “Röyter” məlumat yayıb.
“Görüş zamanı Rusiya ilə razılaşmalar, son vaxtlar İstanbul birjasında yaranmış qeyri-sabit və ümumi iqtisadi vəziyyət müzakirə ediləcək. Həmçinin, Qərbin Moskvaya qarşı tətbiq edə biləcəyi mümkün sanksiyalar da nəzərdən keçiriləcək”, – məlumatda bildirilib.
Qeyd edək ki, Türkiyənin “İş Bankı” və “Dəniz Bankı” Rusiyanın “Mir” ödəniş sistemi ilə işləməyi dayandırmışdı.