Ərdoğan Milli Təhlükəsizlik Şurasının iclasında Ukrayna və Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcək

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Milli
Təhlükəsizlik Şurasının iclasını keçirəcək.

Trend-in
Türkiyə KİV-lərinə istinadən məlumatına görə, iclasda R.T.Ərdoğanın
NATO-nun növbədənkənar iclasında iştirakı ərəfəsində Rusiya-Ukrayna
məsələsi müzakirə olunacaq.

Bundan başqa, Türkiyənin PKK, İŞİD və FETÖ kimi terror
təşkilatları ilə həm ölkə daxilində, həm də xaricdə mübarizəsi
iclasın müzakirə mövzusu olacaq.

Həmçinin, Türkiyənin Ermənistanla münasibətlərin normallaşması
prosesi çərçivəsində Cənubi Qafqazdakı vəziyyət də müzakirə
ediləcək.

İclasdan sonra mətbuat üçün yazılı açıqlama veriləcək.

Teqlər: