Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə telefon danışığı aparıb.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, telefon danışığı zamanı İsrail və Fələstin arasındakı münaqişə, o cümlədən regionda insan haqlarının pozulması ilə bağlı fikir mübadiləsi aparılıb.
Ərdoğan Türkiyənin regional və qlobal miqyasda son dərəcə mənfi nəticələri ola biləcək bu münaqişəli prosesə son qoymaq üçün hər cür səy göstərdiyini və bundan sonra da edəcəyini bildirib.