Ərdoğan məşhur generalları əfv etdi

Ərdoğan məşhur generalları əfv etdi

Türkiyədə “28 Şubat” işi ilə bağlı həbs olunan generallar əfv edilib.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qərar imzalayıb.

Məhkumların qalan cəzaları Məhkəmə Tibb Qurumunun daimi xəstəlik, əlillik və qocalıq həddinə çatması ilə bağlı təqdim etdiyi arayışa əsasən Türkiyə Konstitusiyanın 104-cü maddəsinin 16-cı bəndinin müddəasına uyğun olaraq ləğv edilib.

Əfv edilən generalların siyahısını təqdim edirik:

– Çevik Bir,

– Çetin Doğan,

– Fevzi Türkər,

– Yıldırım Türkər,

– Aydan Erol,

– Erol Özkasnak,

– Cavad Temel Özkaynak,

– Hacı Sülük,

– Əli Efteraslan,

– Avni Yılmaz,

– Sevda Yüksel,

– Gülbey Sarıoğlu,

– Süleyman Tuna,

– Abdulhekim Yılmaz.

Teqlər: