Senator Bob Menendezin Senatın Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsindən istefa verməsindən sonra Türkiyənin F-16 qırıcı təyyarələri almaq şansı artıb.
AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“F-16 ilə bağlı ən vacib məsələlərdən biri ABŞ senatoru Bob Menendezin ölkəmizə qarşı fəaliyyəti idi. Menendezin getməsi bizə üstünlük verir, lakin F-16 təkcə Menendezdən asılı olan məsələ deyil”, – o bildirib.
Qeyd edək ki, ermənipərəst senator Menendez Türkiyəyə qırıcı təyyarələrin satışının açıq əleyhdarı idi. O, rüşvət ittihamına görə vəzifəsindən müvəqqəti istefa verib.