Ərdoğan Makronla Qarabağı müzakirə edəcək

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Fransa prezidenti Emmanuel Makron NATO-nun iyunun 14-də Brüsseldə keçiriləcək sammiti ərəfəsində Qarabağ, Suriya və Livanda yaranmış vəziyyəti müzakirə etmək niyyətindədir.

AzerTimes-ın məlumatına görə, bu barədə Fransa rəhbəri Parisdə keçirdiyi mətbuat konfransında bildirib.

“NATO sammiti ərəfəsində Türkiyə Prezidenti ilə birbaşa görüşüm olacaq. Bu, bir sıra mövzularda fikir mübadiləsi aparmaq üçün yaxşı fürsətdir”, – Makron deyib.

O bildirib ki, türkiyəli həmkarı ilə Azərbaycanla Ermənistan arasındakı münasibətlər, Suriyada, Liviyada yaranmış vəziyyət barədə danışmaq istəyir.

Teqlər: