Ərdoğan: Makrona zəng etdim ki, məyus olmasın

Ərdoğan: Makrona zəng etdim ki, məyus olmasın

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərdə keçirilən 2022-ci il futbol üzrə dünya çempionatının Argentinanın Fransa üzərində qələbəsi ilə nəticələnən final oyununu şərh edib.

AzerTimes xəbər verir ki, Ərdoğan Argentinanın qələbəsindən sonra Fransa dövlət başçısı Emmanuel Makrona zəng edərək, ona məyus olmamağı tövsiyə etdiyini gənclərə söyləyib.

“Penaltilərdə Argentina həqiqətən möhtəşəm idi. Messi 34 yaş, Mbappe 23 yaş. Müqayisədə Messinin təcrübəsi sözünü dedi. Argentina illər sonra Dünya Kubokunu yenidən əldə etdi. Xeyirli olsun deyəcəyik”, – deyə Ərdoğan bildirib.

Ərdoğan Kristiano Ronaldo və Messinin də müqayisə edilməyəcəyini bildirib:

“Ronaldoya qarşı ədalətsizlik oldu. Ronaldoya təəssüf ki, siyasi məhdudiyyət tətbiq edildi və onu ikinci hissədə 15 dəqiqə oyuna buraxmaq onun həm psixologiyasını, həm də enerjisini aldı. İndi aldığım məlumata görə, Ronaldoya Səudiyyə Ərəbistanına gedir. Fələstin mübarizəsini müdafiə edən biridir. Lakin indi gələcəkdə Mbappe var”.

Teqlər: