Türkiyə Prezidenti Tayyib Ərdoğan və Belarus lideri Aleksandr Lukaşenko arasında Astanada görüş keçirilib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, iki ölkə liderləri Ankara və Minsk arasında ikitərəfli gündəliyi, Ukraynadakı müharibənin nəticələrini, eləcə də aktual regional və qlobal problemləri müzakirə ediblər.
Ərdoğan Rusiya ilə Ukrayna arasında müharibəyə son qoymağa yönəlmiş addımların vacibliyini vurğulayıb.