Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kosova Baş naziri Albin Kurti ilə telefon danışığı aparıb.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Telefon danışığında Ərdoğan Kosovanın şimalında baş verənlərlə bağlı bölgədə davamlı sülh və sabitliyin bərqərar olmasının yeganə yolunun dialoq prosesində irəliləmək olduğunu söyləyib.
Ərdoğan dialoq prosesinə töhfə verməyə hazır olduqlarını bildirib.
Qeyd edək ki, bundan öncə Türkiyə lideri serbiyalı həmkarı Aleksandr Vuçiçlə telefonla danışmışdı.