Ərdoğan Kraliçanın ölümü ilə bağlı paylaşım etdi

Ərdoğan Kraliçanın ölümü ilə bağlı paylaşım etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası II Yelizavetanın vəfatı ilə bağlı başsağlığı verib.

AzerTimes xəbər verir ki, bu barədə Ərdoğan Tvitter hesabında bildirib.

“Kraliça II Yelizavetanın bu gün vəfat etməsi xəbərini kədər hissi ilə eşitdim. Kral ailəsinə, dost və müttəfiq Böyük Britaniya xalqına və hökumətinə dərin hüznlə başsağlığı verirəm”, – Ərdoğan qeyd edib.

Xatırladaq ki, ötən gün II Yelizaveta 96 yaşında vəfat edib.

Teqlər: