Ərdoğan Kral Salmanla ikitərəfli münasibətləri müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud arasında telefon danışığı olub.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən bildiriblər.


Məlumata əsasən, telefon danışığı zamanı tərəflər ikitərəfli münasibətləri müzakirə ediblər.