Avropa Birliyi Kazanda keçirilən BRİKS sammitinə gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və AB-yə namizəd olan digər ölkələrin başçılarının Avropa Birliyinin kursunu izləyərək, Rusiyanın təcrid olunmasında iştirak edəcəklərini gözləyir.
AzerTimes xəbər verir ki, bu sözləri AB-nin AB-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsinin sözçüsü Peter Stano deyib.
“Biz gözləyirik ki, AB-yə namizəd bütün ölkələr AB-nin dəyərlərinə tam əməl edəcək və AB-nin Rusiyanı təcrid etməyə yönəlmiş xarici siyasəti çərçivəsində hərəkət edəcək”, – Stano bildirib.
Onun sözlərinə görə, Brüssel bu dövlətlərlə ikitərəfli əlaqələrdə bu amili vurğulamaq niyyətindədir.
Bununla yanaşı, Stano qeyd edib ki, Türkiyə və digər namizəd ölkələrin liderləri təbii ki, istədikləri yerə gedə bilərlər.