Türkiyə Böyük Millət Məclisinin iclasından sonra jurnalistlərin suallarını cavablandıran Prezident Rəcəb Tayyib Ərdoğanın diqqətini qadın müxbirlərdən birinin dırnaq boyası çəkib.
AzerTimes Oxu.az-a istinadən xəbər verir ki, Rüya Akkuş adlı jurnalist izdihamın arasından mikrofonu Ərdoğana uzadıb və “Qısa bir sualımız var” deyib.
Müxbirin müxtəlif rənglərdə olan dırnaq boyaları Ərdoğanı təəccübləndirib:
“Bu dırnaq boyaları nədir? Dırnaq boyalarının modeli qəribədir… Mən nə edəcəyəm indi, yuxudayammı?”
Ərdoğan daha sonra Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömer Çelikə doğru üzünü çevirib:
“Partiya sözçüsü olaraq qiymətləndirmənizi eşidək”.
“Xanımlara hər şey yaraşır”, – deyə Ömər Çelik gülümsəyərək cavab verib.
Qadın müxbir də məsələ ilə bağlı fikrini bildirib:
“Əfəndim, yaya hazırlıqdır”.
Bu dialoq gülüşə səbəb olub. Daha sonra Rüya Akkuş Ərdoğana suallarını ünvanlayıb.