Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliya və Böyün Britaniyaya səfər edəcək.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən bilbidiriblər.
Məlumata əsasən, 30-31 oktyabr tarixlərində İtaliyaya baş tutacaq səfəri zamanı T.Ərdoğan “Böyük iyirmilik” (G20) sammitində iştirak edəcək.
Bildirilir ki, 1-2 noyabr tarixlərində isə dövlət başçısı Qlazqoda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi Konfransında iştirak etmək üçün Böyük Britaniyada səfərdə olacaq.