Ərdoğan İsveç və Finlandiyanın NATO-ya qəbul ounması məsələsinə münasibət bildirib

Ankara Finlandiya və İsveçin NATO-ya üzv olmasına razı
olmayacaq, çünki hər iki ölkə Türkiyənin terror təşkilatlarında
üzvlükdə şübhəli bilinən şəxslərin ekstradisiya tələbini yerinə
yetirməkdən imtina edib.

Trend türk
KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Türkiyə prezidenti
Rəcəb Tayyib Ərdoğan Əlcəzairli həmkarı Əbdülməcid Tebbun ilə birgə
mətbuat konfransında bildirib.

Dövlət başçısının sözlərinə görə, hər iki ölkə terror
təşkilatlarına qarşı olduğunu desələr də, terrorçuları təslim
etməyəcəkləri ilə bağlı bəyanatlar var.

R.T. Ərdoğan həmçinin ölkəyə səfər edəcək İsveç və Finlandiya
nümayəndə heyətlərinin heç bir nəticəyə nail ola bilməyəcəklərini
bildirib.

“Bizi razı salmağa gələcəklər. Özlərinə əziyyət verib
gəlməsinlər. Türkiyəyə qarşı sanksiya tətbiq edənlərə təhlükəsizlik
təşkilatı olan NATO-ya üzv olmaq üçün “hə” demərik”, – Türkiyə
prezidenti bildirib.