Madriddə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Finlandiya prezidenti Sauli Niinistö, İsveçin baş naziri Maqdalena Andersson və NATO-nun baş katibi Yens Stoltenberqin iştirakı ilə dördtərəfli görüş keçirilib.
AzerTimes xəbər verir ki, danışıqlar NATO dövlət başçılarının zirvə toplantısı çərçivəsində İFEMA Konqres Mərkəzində keçirilib.
Müzakirələr mətbuata qapalı olub və iki saat davam edib.