Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzza zolağında vəziyyətin gərginləşməsi ilə əlaqədar İsrailə səfərini ləğv edib.
AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) parlament fraksiyasının toplantısında çıxışı zamanı deyib.
“İsrailə səfər proqramım var idi, onu ləğv etdim, səfər olmayacaq”, – o bildirib.