Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İrana gedir.
Ötən gün Nyu Yorkdan Türkiyəyə qayıdan dövlət başçısının səfəri gələn aya planlaşdırılıb.
Səfər oktyabr ayının 4-də gerçəkləşdiriləcək.
Qeyd edək ki, Ərdoğanın Azərbaycana da səfəri planlaşdırılır. Daha əvvəl Türkiyə prezidentinin Azərbaycana sentyabrın 10-11-də səfər edəcəyi qeyd edilirdi. Onun Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasına qatılması nəzərdə tutulurdu. Lakin sonradan bu səfərin təxirə salındığı açıqlanıb.
Bir neçə gün öncə Bakıda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu prezidentin Nyu-Yorkda BMT Baş Assambleyasının növbəti sessiyasının açılışında iştirak etdikdən sonra Azərbaycana gələcəyini açıqlamışdı.