Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrana səfərə gəlib.
AzerTimes xəbər verir ki, Ərdoğanı hava limanında İranın rəsmi şəxsləri qarşılayıblar.
Türkiyə Prezidentini səfərdə milli müdafiə naziri Hulusi Akar, daxili işlər naziri Süleyman Soylu, xarici işlər naziri Mövlud Çavuşoğlu və digər rəsmi şəxslər müşayiət edir.
Qeyd edək ki, səfər çərçivəsində iyulun 19-da Tehranda R.T.Ərdoğan və İ.Rəisinin sədrliyi ilə Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının VII İclası keçiriləcək.
Həmin gün Ərdoğan Tehranda Rusiya Prezidenti Vladimir Putinin də iştirakı ilə VII Üçtərəfli Zirvə Görüşündə iştirak edəcək.