Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı sahibkar, “Tesla” və “SpaceX” şirkətlərinin qurucusu İlon Maskla görüşəcək.
AzerTimes xəbər verir ki, görüşün Nyu York şəhərində fəaliyyət göstərən Türk Evində baş tutması gözlənilir.
Ərdoğan İ.Maskla yanaşı, Amerikanın nəhəg şirkətlərinin investorları ilə də bir araya gələcək.
Qeyd edək ki, Türkiyə Prezidenti BMT Baş Assambleyasınln 78-ci sessiyasında iştirak etmək üçün Nyu Yorka işgüzar səfərə gedib.