Ərdoğan İbrahimlə danışdı: FETÖ bu siyahıya salınmalıdır

Ərdoğan İbrahimlə danışdı: FETÖ bu siyahıya salınmalıdır

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan ilə Malayziyanın Baş naziri Ənvər İbrahim arasında videokonfrans baş tutub.

AzerTimes xəbər verir ki, bu barədə “A Haber” məlumat yayıb.

Məlumata görə, danışıqlar zamanı Ərdoğan FETÖ-nün Malayziyada terror təşkilatları siyahısına salınmasının vacibliyinə də diqqət çəkib.

Həmçinin Türkiyə prezidenti ilk fürsətdə Malayziya baş naziri İbrahimin dəvəti ilə bu ölkəyə səfər edəcəyini bildirib.

Teqlər: