Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 9-10 sentyabr tarixlərində Hindistanda səfərdə olacaq.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Ərdoğan səfər çərçivəsində G20 zirvə toplantısına qatılacaq.
Türkiyə liderinin “Bir dünya, bir ailə, bir gələcək” mövzusu ilə keçirilən sammitdə qlobal ticarətin inkişafı istiqamətində atılan addımlar, terrorizm və iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlıq haqqında çıxış etməsi gözlənilir.