Türkiyə prezidenti olmasaydı, peyvəndlərimiz olmayacaqdı.
AzerTimes xəbər verir ki, bu sözləri Albaniya Baş naziri Edi Rama deyib.
O, siyasi paneldə çıxışı zamanı Türkiyənin koronavirus pandemiyası dönəmində dəstəyinə xüsusi toxunub:
“Geosiyasi müzakirələrədə Qərbi Balkanlara üçüncü tərəflərin daxil olmaması gərəkdiyini bildiririk. Lakin ölüm-qalım məsələsindən söhbət gedəndə Qərbi Balkanlarda həyatı xilas edən Çin, Rusiya və Türkiyədir. Türkiyə prezidenti olmasaydı, peyvəndlərimiz də olmazdı”.