Ərdoğan həkimlərə təşəkkür edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusdan sağaldığını təsdiqləyib.

AzerTimes-ın məlumatına görə, o, bu barədə özünün “Twitter” səhifəsində yazıb.

“Allaha şükürlər olsun ki, son iki gündə apardığımız analizlərin nəticəsi mənfi çıxıb.

Bu prosesdə ölkənin və dünyanın hər yerindən duaları, gözəl mesajları ilə bizə dəstək olan bacı-qardaşlarıma minnətdarlığımı bildirirəm. Allah birliyimizi, bərabərliyimizi, qardaşlığımızı əbədi etsin”, – deyə R.T.Ərdoğan bildirib.


Türkiyə Prezidenti həmçinin həkimlərə təşəkkür edib: “Xəstəliyin gedişatını diqqətlə izlədikləri üçün həkimlər komandamıza təşəkkür edirəm və bu fürsətdən istifadə edərək bütün səhiyyə işçilərinə salamlarımı çatdırmaq istəyirəm”, – deyə R.T.Ərdoğan əlavə edib.

Daha əvvəl “AnadolU” agentliyi R.T.Ərdoğanın həkiminə istinadən, Türkiyə prezidentinin koronavirusdan sağaldığını bildirmişdi.

Xatırladaq ki, fevralın 5-i Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz rəsmi “Twitter” hesabında özünün və həyat yoldaşının yeni növ koronavirus (COVID-19) infeksiyasının “omikron” ştammına yoluxduğunu bildirmişdir.