Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hataya səfər edib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, Ərdoğan Hatayda zəlzələdən əziyyət çəkənlər üçün qurulmuş çadır şəhərciyinə baş çəkəcək.
Bundan başqa Ərdoğan Antakyada Qətərin göndərdiyi konteynerlərdən qurulmuş şəhərciyə yollanacağı bildirilib.
Ərdoğanla birlikdə MHP sədri Dövlət Baxçalı da Hataya yollanıb.