Ərdoğan getsə, İrəvana münasibət dəyişəcək?

Ərdoğan getsə, İrəvana münasibət dəyişəcək?

Türkiyədə hakimiyyət dəyişikliyi onun xarici siyasətdəki prioritetlərinə ciddi təsir göstərməyəcək. Yəni Ankarada yeni prezident seçilsə belə, ölkənin İrəvanla bağlı siyasəti dəyişməyəcək.

AzerTimes xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants deyib.

“İstər Ərdoğanın başçılıq etdiyi, istərsə də müxalif Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlunun rəhbərlik etdiyi qruplar Ermənistan və Azərbaycanla bağlı fikirlərində çox da fərqlənmirlər. Türkiyə oturuşmuş dövlətdir və hakimiyyət dəyişikliyi xarici siyasətdə 180 dərəcə dönüşə səbəb olmayacaq”, – o bildirib.

Teqlər: