İsrail ilə əlaqələrimiz istiqamətində atılan addımlar Fələstin məsələsindəki dəstəyimizi heç bir şəkildə azaltmayacaq.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Fələstin lideri Mahmud Abbasla görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.
“Qüds və Əqsa məscidinin statusunu dəyişdirməyə yönəlmiş hərəkətləri heç bir qəbul etmirik. Həssaslığımızı israilli həmkarlarımıza da çatdırdıq” , – Ərdoğan bildirib.