Ərdoğan: Ey Amerika, sənin orada nə işin var?

Ərdoğan: Ey Amerika, sənin orada nə işin var?

ABŞ aviadaşıyıcı gəmi göndərir, ikincisi də yola çıxdı. Amerika harada, Aralıq dənizi, Fələstin, İsrail haradadır? Nə işin var sənin orada?

AzerTimes xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail-Fələstin münaqişəsi fonunda ABŞ-ın Şərqi Aralığa aviadaşıyıcı gəmi göndərməsinə münasibət bildirərkən deyib.

“ABŞ kimi ölkəyə sülhü bərqərar etməkmi yaraşar, yoxsa oraya benzinlə, körüklə getməkmi?! Türkiyəyə məxsus PUA-nı Suriyada vuran ABŞ var. NATO-da bərabər deyilik? Türkiyənin PUA-nı necə vura bilərsən? “Görmədim, fərqinə varmadım” kimi sözləri necə deyə bilərsən?”, – deyə Ərdoğan bildirib.

Teqlər: